İngiltərə Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Türkiyəyə səfərləri ilə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, nazirliyin açıqlamasında vətəndaşlara lazım olmadıqca Suriya sərhədinin 10 kilometrliyindəki bölgələrə, həmçinin Şırnak və Hakkariyə getməmələri tövsiyə olunur.
Müvafiq xəbərdarlıq Böyük Britaniyanın Türkiyədəki səfirliyinin rəsmi Tvitter hesabında paylaşılıb.
İngiltərə avqustun 11-də də verdiyi açıqlamada vətəndaşlarına lazım olmadıqca Tuncəli, Diyarbəkir, Kilis və Hataya getməmələri barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, İngiltərə bundan əvvəl Ermənistandakı vətəndaşlarına müraciət edərək, lazım olmadıqca bu ölkənin Azərbaycanla sərhəd zonalarına getməmələrini tövsiyə etmişdi.