İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Faizə Rəfsəncani İrandakı siyasi rejimə etirazını bildirib və etiraz aksiyalarını dəstəkləyib.
Onun Tehranın şərqində saxlanıldığı bildirilir.