28 Sentyabr 2022 11:00
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Bayden administrasiyası Konqresdən Ukraynanın nüvə təhlükəsizliyi üçün əlavə 35 milyon dollar istəyir.

Teleqraf.com xəbər verir ki, bu məbləğ Ağ Evin növbəti maliyyə ili üçün Konqresdən xahiş etdiyi 12 milyardlıq yardımın ümumi paketinə daxil edilməlidir.

Qeyd olunur ki, vəsait əlavə sensorların alınmasına və texniki xidmətinə, məlumatların qiymətləndirilməsinə və təhlilinə, habelə Ukrayna Milli Qvardiyasının atom elektrik stansiyalarında mühafizə vasitələri ilə təmin edilməsinə yönəldilməlidir.

Sentyabrın 26-da ABŞ Konqresində xərclər haqqında qanun layihəsinin müzakirəçiləri Ağ Evin müraciətindən sonra Ukraynaya 12 milyard dollar yardımın sənədə daxil edilməsinə razılaşıblar.

Konqres cari maliyyə ilinin sonu olan sentyabrın 30-na kimi xərclər haqqında qanun layihəsini qəbul etməlidir.


Müəllif: Nemət

Oxşar xəbərlər