2 Oktyabr 2022 19:09
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanın rəhbəri Ramzan Kadırov "Teleqram" kanalında Ukraynadakı müharibədə çeçen döyüşçülərin “yeni taktika”larının artıq “əla nəticələr” verdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Kadırov “yeni taktika”nın nədən ibarət olduğunu açıqlamayıb, lakin Ukrayna Silahlı Qüvvələrinin buna “hazır olmadığını” qeyd edib. "Bunun nəticəsində ukraynalılar hər gün böyük itkilər verirlər", Çeçenistan rəhbəri vurğulayıb.

"Ukrayna tərəfinin öyündüyü Qərb silahları ona açıq qarşıdurmada heç bir üstünlük vermir", - Kadırov deyib.

Bundan əvvəl, oktyabrın 1-də Kadırov Rusiya qoşunlarının Liman şəhərindən çıxarılmasını tənqid edərək, aşağı rentabelli nüvə silahından istifadəyə, eləcə də Rusiya Federasiyasının bir sıra regionlarında qismən hərbi vəziyyətin tətbiqinə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər