9 Dekabr 2014 01:06
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamenti özünün buraxılması haqqında qanun qəbul edərək vaxtından əvvəl seçkini 2015-ci il, martın 17-ə təyin edib.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumət formalaşdırılacaq və baş nazir təyin ediləcək.

Knessetin iclasında iştirak edən 93 deputat bu qərara səs verib. Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, habelə maliyyə və ədliyyə nazirlərinin istefaya göndərilməsini bəyan etmişdi.


Müəllif:

Oxşar xəbərlər