Avropa İttifaqı Ukraynanın dörd subyektinin Rusiya Federasiyasına ilhaqı ilə əlaqədar 30 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, məhdudiyyətlərin tətbiq edildiyi şəxslərin siyahısına ifaçılar Yuliya Çiçerina, Nikolay Rastorquyev və Oleq Qazmanov da daxil edilib.
Bu barədə cümə axşamı müvafiq qaydaların dərc edən Aİ-nin rəsmi jurnalında məlumat verilib.
Bununla yanaşı, hüquqi şəxs olan “Fakel”, “Avanqard”, “İrkut”, “Deqtyaryov” zavodu da qara siyahıya düşüb.