9 Oktyabr 2022 20:48
2 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEC+” tərəfindən gündəlik neft hasilatının 2 milyon barrel azaldılması demokrat konqresmenləri Səudiyyə Ərəbistanına qarşı hərəkətə gətirib.

Teleqraf.com xəbər verir ki, Nümayəndələr Palatasının üzvləri ABŞ qoşunları və hərbi texnikasının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən çıxarılmasını özündə ehtiva edən qanun layihəsi hazırlayıblar.

Layihəyə görə, ABŞ qoşunları və hərbi texnikası Səudiyyə Ərəbistanı və BƏƏ-dən çıxarılaraq Yaxın Şərqdə digər ölkələrə yerləşdirilməlidir. Layihə müəllifləri hesab edirlər ki, bu iki ölkə neft hasilatının azaldılmasını dəstəkləməklə Rusiyaya kömək ediblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 3 min, BƏƏ-də 2 min ABŞ hərbçisi var. Bununla bərabər, ABŞ bu iki ölkənin ərazisində “F-35” hərbi təyyarələri, THAAD, “Patriot” və digər silah sistemləri yerləşdirib.

ABŞ Prezidenti Co Bayden də neft hasilatının azaldılmasına görə Səudiyyə Ərəbistanını tənqid etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər