9 Oktyabr 2022 22:38
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın hazırkı prezidenti Aleksandr Van der Bellen prezident seçkilərində 55,4% səs toplayıb və ilk turda qalib gəlib.

Teleqraf.com xəbər verir ki, hazırki prezidenti səslərin sayına görə sağçı populist Avstriya Azadlıq Partiyasının namizədi Valter Rosenkranz (18,4%) və müstəqil namizəd Tassilo Valentin (8,4%) izləyir. Sol mərkəzçi Pivə Partiyasının lideri Dominik Vlasnı 8,2% səs toplayıb.

Ümumilikdə 7 nəfər öz namizədliyini irəli sürüb ki, bu da ölkə üzrə rekord göstərici olub.

Qeyd edək ki, Avstriya parlamentli respublikadır. Burada prezident əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir - beynəlxalq arenada ölkə adından çıxış edir və dövlət müqavilələrini imzalayır. O, kanslerliyə və kabinetin digər üzvlərinə namizədləri təsdiq edir, hökumət başçısını və bütün kabineti vəzifədən azad etmək hüququna malikdir. Prezident həm də silahlı qüvvələrin ali komandanıdır. Avstriyada 6,4 milyondan çox insan səsvermə hüququna malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər