10 Oktyabr 2022 17:14
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova hakimiyyəti yenidən hava məkanını bağlamaq qərarı verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Moldovanın müdafiə naziri Anatoli Nosati bildirib.

“Mövcud vəziyyəti nəzərə alaraq milli təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif tədbirlərə ehtiyac var. Raketlər Qara dəniz ərazisindən buraxıldığı üçün gələcəkdə Moldovanın hava məkanını da keçə bilər”, - deyə müdafiə naziri deyib.

Onun sözlərinə görə, hava məkanının bağlanması qərarı bütün məsul orqanlarla məsləhətləşmələrdən sonra Fövqəladə Hallar Komissiyasında qəbul edilir.

Bundan əvvəl Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, bazar ertəsi Qara dənizdə Rusiya gəmilərindən atılan üç raket respublikanın üzərindən uçub.

Bununla əlaqədar Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər