11 Oktyabr 2022 11:09
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Liz Truss Rusiyanın Ukraynaya raket zərbələri endirməsindən sonra yaxın günlərdə NATO-ya üzv ölkələrin fövqəladə iclasının çağırılmasını zəruri hesab edir.

Teleqraf.com xəbər verir ki, Britaniya hökumətinin başçısı bu çağırışı G-7 ölkələrinin sammitində elan edəcək.

“Ukraynanın mübarizəsinə verilən beynəlxalq dəstək Rusiyanın beynəlxalq səhnədə təcrid olunması səyləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Heç kim sülhü Ukraynadan çox istəmir. Biz onların qalib gəlməsinə kömək etmək əzmini zərrə qədər də zəiflətməməliyik”, - Trass bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər