11 Oktyabr 2022 11:51
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya Rusiyanın 75 vətəndaşı, eləcə də “Lukoyl” şirkətinin keçmiş prezidenti Vahid Ələkbərova qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, sanksiya siyahısına salınan arasında 24 dövlət qulluqçusu və iki şirkət də var.

Siyahıya Vahid Ələkbərovla yanaşı “Evraz” dağ-metallurgiya holdinqinin direktorlar şurasının sədri Aleksandr Abramov və onun ailə üzvləri, “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov, “Vneşekonombank”ın sədri Sergey Qorkov, “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “Norilsk Nikel”in prezidenti Vladimir Potanin və başqaları əlavə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər