11 Oktyabr 2022 20:49
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukrayna və Suriya müzakirə edilib.

Taxıl daşınmasında uğurlu inkişafın qiymətləndirildiyi danışıqda humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha ifadə olunub.

Nazir Akar Suriyanın şimalında terror təhlükəsinin və dəhlizinin daimi olaraq qarşısının alınması, terror təşkilatlarının zərərsizləşdirilməsinin əsas prioritet olduğunu deyib. Bu məsələ ilə bağlı əldə edilmiş razılaşmalara əməl olunmasının vacibliyi bir daha vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər