9 Dekabr 2014 19:38
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı 4 xristian uşağın başını kəsib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bunu İngiltərənin “The Independent” qəzetinə Bağdaddakı pravoslav xristian icmasının keşişi Endryu Uayt açıqlayıb.

Onun sözlərinə görə, hadisə paytaxt Bağdadın İŞİD-in nəzarətində olan xristian əhalinin six yaşadığı bölgədə baş verib. Uayt bildirib ki, İŞİD yaraqlıları uşaqlara islamı qəbul etmələrini təklif etsələr də, rədd cavabı alıb və bununla da 15 yaşlı 4 uşağı öldürüb.

Qəzet bu hadisədən sonra keşişin bölgədən ayrılaraq İsraildə yaşamağa başladığı bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər