15 Oktyabr 2022 15:25
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna silahlı qüvvələri Rusiya ordusunun istifadə etdiyi İran istehsalı kamikadze pilotsuz təyyarələrin (PUA) 70 faizini vurub. Zamanla bu göstərici arta bilər.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Viktor Taran deyib.

“Ukrayna Silahlı Qüvvələrinin gördüyü iş və tapdığı üsul ən effektli vasitədir. İkinci Dünya Müharibəsinin üsullarından istifadə edirik. Buna görə də onların itki faizi hər gün artır”, - Taran bildirib.

Ekspert asanlıqla hədəfə gələn İran dronlarının adi atıcı silahlarla məhv edildiyini söyləyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu yöndəki taktikalarını daha da inkişaf etdirib.

“İndiki nəticə 60-70 faizdir, amma zamanla bu göstərici daha yaxşı olacaq”, - Taran vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər