16 Oktyabr 2022 19:27
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın şəhərinin Amasra rayonunda mədəndə baş verən partlayışdan sonra başsağlığı verən dövlət rəhbərləri ilə bağlı paylaşım edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə prezidenti öz "Twitter" səhifəsində yazıb.

"Türk xalqı adından dövlət rəhbərlərinə və xalqlarına səmimi həmrəyliklərinə, Bartında yaşadığımız acıları bölüşdüklərinə görə minnətdarlığımı bildirirəm", - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti paylaşımında ​​Amasra faciəsi ilə bağlı türk xalqına başsağlığı verən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarından istifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər