17 Oktyabr 2022 00:56
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Fransa hökumətinin sosial siyasətinə qarşı solçu siyasi partiyaları izdihamlı aksiya keçiriblər.

Teleqraf.com xəbər verir ki, etirazçılar Bastiliya Meydanı istiqamətində hərəkət ediblər. Onlar inflyasiya və enerji böhranı fonunda hökumətin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər.

Narazılar hökumətin planlaşdırdığı pensiya islahatına qarşı çıxıb. Onlar pensiya yaşının 60-da saxlanmasını və hazırda 980 avro olan minimum müavinətin artırılmasını tələb ediblər.

Dinc aksiya iğtişaşlarla nəticələnib. Etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər