18 Oktyabr 2022 09:52
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhlükəsizlik mühitinin pisləşdiyi və yeni silahların tədarük edilmədiyi bir vaxtda Ukraynaya silah verilməsi ordumuzun müdafiə qabiliyyətinə uzunmüddətli zərər vuracaq”.

Teleqraf.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.

Bolqarıstanın bu addımının bundan əvvəl qəbul edilən parlament qərarına əsaslandığını bildirən Radev Ukraynaya silah verməyəcəklərini açıqlayıb:

“Bolqarıstan ordusunun modernləşdirilməsini gecikdirmək üçün artıq bəhanə yoxdur. Bolqarıstan siyasətçiləri 30 ildir özbaşına orduda islahatlar aparmağa çalışdılar, nəticəsini bilirik. Kadrlarla bağlı ciddi məhdudiyyətlər qoyulub, maliyyə və yeni silah çatışmazlığı var və bizim funksional birliyimiz də (NATO çərçivəsində) məhduddur. Təhlükəsizlik mühitinin pisləşdiyi və yeni silahların tədarük edilmədiyi bir vaxtda Ukraynaya silah verilməsi ordumuzun müdafiə qabiliyyətinə uzunmüddətli zərər verəcək”.

Bolqarıstan bundan əvvəl iki dəfə Ukraynaya MiQ-29 döyüş təyyarələri və S-300 raketləri kimi ağır silahlar verməkdən imtina edib. Müdafiə naziri Dimitar Stoyanov sonuncu dəfə bildirib ki, oktyabrın 16-da Ukraynadan zenit sistemləri ilə bağlı yardım üçün yeni sorğu daxil olub və bu sorğu Bolqarıstanın imkanlarını aşıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər