10 Dekabr 2014 10:27
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə baş naziri David Kemeron türkiyəli həmkarı Əhməd Davudoğlu ilə keçirdiyi təkbətək və heyətlərarası görüşdən sonra birgə mətbuat konfransı təşkil edib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Türkiyə və İngiltərənin ikitərəfli əlaqələrinin inkişafını vurğulayan Davudoğlu iki ölkə arasındakı 15 milyard dollarlıq ticarət həcmini 19 milyard dollara çıxarma hədəfində olduqlarını diqqətə çatdırıb.

Suriyadakı vəziyyətə toxunan Davudoğlu hazırki rejimin yerli xalqa qarşı törətdiklərinə beynəlxalq cəmiyyətin aktiv və qərarlı addım atmasının vacibliyini bildirib.

Kemeron da öz növbəsində Türkiyə ilə ikitərəfli əlaqələrin çox güclü olduğunu deyib. O, ingilis firmaların Türkiyədəki sığorta şirkətlərinə marağının daha da artdığını qeyd edib.

İngilis nazir İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizədə Türkiyənin addımlarını yüksək qiymətləndirdiyini söyləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər