Rus ordusu sutka ərzində Ukraynaya 10 raket, 18 hava zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb:
“10-dan çox yaşayış məntəqəsinin əraziləri zərbələrə məruz qalıb. Onların arasında - Kiyev, Jitomir, Xarkov, Dnepr, Krivıy Riq, Zaporojye, Donetsk vilayəti Kuraxovo, Nikolayev vilayətinin Trixatı və Nikolayev şəhərləri var. Bu zaman qanadlı raket, aviasiya və idarə olunan zenit raketlərindən istifadə edilib”.
Bundan əlavə, ruslar İran istehsalı olan 14 ədəd “Şahed-136” pilotsuz uçuş aparatından istifadə ediblər, onlardan 10-u Müdafiə Qüvvələrinin bölmələrini vurub.
Severski istiqamətində ruslar Çerniqov vilayətindəki Qay yaşayış məntəqələri və Sumı vilayətinin Yunakovka, Hoten, Tolstodubovo və Demçenkovo əraziləri hüdudlarında minaatan və artilleriya ilə hücuma keçib.
Slobojanski istiqamətində Volçanskie Xutora, Voloxovka, Qatışçe, Krasnoye, Oqurtsovo, Staritsa, Streleçye və Xatneye qəsəbələrinin ərazilərində minaatan, atıcı və raket artilleriyasından atəş açılıb.