Rusiya Suriyadan Ukraynaya 1000-dən çox canlı qüvvə və S-300 hava hücumundan müdafiə sistemi göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti rəsmi mənbələrə istinadən yazır.
1200-1600 hərbçinin olduğu iki batalyonun Suriyadan çıxarılaraq Ukraynaya göndərildiyi bildirilib. Nəşr qeyd edir ki, bu rəqəm daha çox ola bilər. Eyni zamanda, “Nyu-York Tayms”a danışan mənbələr Rusiyanın Suriyadakı döyüş bölmələrinin sayının azaldıldığını təsdiqləyiblər.
Məlumatda deyilir ki, Ukraynada müharibə başlayandan sonra Rusiya hərbi komandanlığı Suriyadakı qüvvələrinə xeyli az diqqət yetirir.
Rusiya Ukraynaya müdaxiləsini dəstəkləmək üçün Suriyadakı S-300 sistemlərini də çıxarıb.