21 Oktyabr 2022 00:56
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Maykl Gilday deyib ki, ABŞ ordusu Tayvanın mümkün işğalına cavab verməyə hazır olmalıdır.

Teleqraf.com xəbər verir ki, Gilday Çinin niyyətinin ciddi olduğunu deyib: “Son 20 ildə gördüklərimiz odur ki, onlar verdikləri hər bir vədi yerinə yetiriblər. Ona görə də biz 2022, bəlkə də 2023-cü ilə hazır olmalıyıq. Mən işğalı istisna edə bilmərəm. Bunu deyəndə heç bir panika yaratmaq istəmirəm. Sadəcə ondan imtina edə bilmərik”.

ABŞ Dövlət Katibi Entoni Blinken bazar ertəsi Pekinin Tayvanı əvvəllər düşünüldüyündən “daha qısa zaman çərçivəsində ələ keçirmək” istədiyini deyib. O, prezident Si Cinpin dövründə “tamamilə fərqli Çinin” meydana gəldiyini əlavə edib. Blinken həmçinin xəbərdarlıq edib ki, Tayvan üzərində istənilən müharibə dünya ticarətinə “böyük” təsir göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər