Böyük Britaniya Baş naziri postuna ilk namizədin adı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, İcmalar Palatasının rəhbəri Penni Mordaunt liderlik iddiasını elan edən ilk şəxs olub.
Penni Mordaunt 2021-2022-ci illər arasında Beynəlxalq Ticarət Departamentində dövlət naziri olub.
Qeyd edək ki, keçmiş Baş nazir Boris Consonun namizəd olmağı ilə bağlı kabinetdə bəzi nazirlər tərəfindən təkliflər irəli sürülsə də, hələ ki bu barədə ondan açıqlama gəlməyib.