“Türkiyənin Yunanıstanla bağlı bütün açıqlamalarına cavab vermək əbəsdir. Biz həmişə demişik ki, qonşulara qarşı hədələyici və ya dostcasına olmayan bəyanatlar vermək düzgün deyil. Hökumət bu məsələni hər fürsətdə açıq şəkildə dilə gətirib. Xarici İşlər Nazirliyi də məsələyə diqqət çəkib”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya hökumət sözçüsünün müavini Volfqanq Büçner deyib.
Beləliklə rəsmi Berlin Avropa ilə bir sıra gərginliklər yaşayan Ankaranın hərəkətləri və açıqlamaları, xüsusilə Yunanıstanla son gərginlik və İsveç-Finlandiyanın NATO üzvlüyü ilə bağlı mövqeyini ifadə edib.
Almaniya kansleri Olaf Şolzdan Ankaranın “Bir gecə qəfil gələ bilərik” sözlərinə necə cavab verdiyini soruşduqda Büçner deyib: “Hər açıqlamanı böyütməyə ehtiyac yoxdur”.
Qeyd edək ki, Şolzun gələn həftə Yunanıstanlı həmkarı Mitsotakis ilə görüşmək üçün Afinaya gedəcəyi gözlənilir.