22 Oktyabr 2022 11:16
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Suriyaya raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Suriya tərəfi yayıb və bildirib ki, əsas hədəf paytaxt Dəməşq olub.

Suriyanın rəsmi xəbər agentliyi SANA vurğulayıb ki, partlayış səsləri eşidilib: Hava hücumundan müdafiə sistemlərimiz cavab verdi".

Qeyd edək ki, İsrail son vaxtlar İran İnqilabı Keşikçiləri Korpusu və Livan Hizbullahına bağlı qruplara, eləcə də Suriyadakı orduya qarşı hücumlarını artırıb.

Suriya hökuməti ötən bildirmişdi ki, Dəməşq hava limanı və Hələb hava limanı İsrail qüvvələri tərəfindən hədəfə alınıb və müvəqqəti olaraq xidmətdən çıxıb.


Müəllif: Nemət

Oxşar xəbərlər