23 Oktyabr 2022 01:07
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın qərar qəbuletmə mərkəzlərinə zərbə endirəcəyi təqdirdə dünyanı Kremlə adekvat reaksiya verməyə çağırıb.

Bu barədə Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir.

Zelenski vurğulayıb ki, Rusiya Kiyevin Bankova küçəsində yerləşən Ukrayna Prezidentinin ofisinə nüvə zərbəsi endirərsə, o zaman dünya Rusiyadakı qərar qəbuletmə mərkəzinə zərbə ilə cavab verməlidir.

Ukrayna prezidenti qeyd edib ki, Ukraynanın NATO ölkəsi olub-olmamasının heç bir əhəmiyyəti yoxdur.

Bir müddət əvvəl Yaponiyanın baş naziri Fumio Kişida ilə avstraliyalı həmkarı Entoni Albanese arasında Avstraliyanın Pert şəhərində keçirilən danışıqların yekunlarına dair birgə bəyanat qəbul olunub.

Bəyanatda bildirilib ki, Ukraynada nüvə silahından istifadə ediləcəyi təqdirdə, beynəlxalq cəmiyyət qəti cavab verəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər