Rusiya ordusu Ukraynanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün İranın pilotsuz təyyarələri ilə kütləvi hücumlar təşkil edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Ukraynadakı hədəfləri İran PUA-ları ilə vurmağa davam edir, lakin Ukrayna ordusu pilotsuz təyyarələrlə mübarizədə getdikcə daha çox uğur qazanır. Rəsmi mənbələr hücumların 85%-ə qədərinin qarşısının alındığını iddia edir. İran PUA-ları ləng, səs-küylü və aşağı hündürlükdə uçur, bu da onları adi hava hücumundan müdafiə vasitələri ilə asanlıqla vurmağa imkan verir.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya çox güman ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinə məhv etmək üçün böyük miqdarda Şahed-1362-dan istifadə edir.
“Çox güman ki, onlar Rusiyanın yüksək dəqiqlikli, uzaqmənzilli silahlarının əvəzi kimi istifadə olunur, onların çatışmazlığı getdikcə daha da böyüyür”, - mesajda deyilir.