24 Oktyabr 2022 13:41
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kerç körpüsü Krım Ukraynaya qayıdandan sonra fəaliyyətini dayandıracaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov deyib.

Jurnalist ölkənin baş kəşfiyyatçısından Krım körpüsündə nə baş verdiyini soruşub. Budanov bu suala birbaşa cavab verməkdən yayınıb, konkretliyi sonraya təxirə salıb.

“Cavab vermək üçün çətin sualdır. Gəlin bu barədə başqa vaxt danışaq. Yalnız onu deyə bilərəm ki, Krım körpüsü çox ciddi dağıntıya məruz qalıb. Bu körpü “rus dünyası”nın simvollarından biridir və bu, rejimin ömrünə çox qalmadığını göstərən əlamətdir”, - Budanov söyləyib.

Ukraynanın baş kəşfiyyatçısı onun Krım körpüsünün bombalanmasında şəxsən iştirakı ilə bağlı Rusiyanın ittihamına təbəssümlə münasibət bildirib və qeyd edib ki, buna ciddi yanaşmır.

Budanov Prezident Vladimir Zelenskinin Krım körpüsünün vurulması planının Rusiyanın təhlükəsizlik orqanları daxilindəki qarşıdurmanın nəticəsi ola biləcəyinə dair açıqlaması ilə razılaşıb:

“Doğrudur. Buna başqa heç nə əlavə edə bilmərəm. Amma başqa bir şey deyim: Krım körpüsü dağılmalı simvoldur. Krım geri qayıdanda bu körpü öz fəaliyyətini dayandıracaq. Bu nəqliyyat arteriyası heç kimə lazım deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər