Fələstinli nazir Ziad Əbu Ayn Qərbi Şeriyadakı qarşıdurmalarda həyatını itirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şahidlər Əbu Aynın toqquşamarda İsrail əsgərləri tərəfindən öldürüldüyünü bildirirlər. İsrail tərəfi isə etirazlar zamanı Əbu Aynın səhhətinin pisləşdiyini və xəstəxanaya qaldırılarkən öldüyünü iddia edir.
Qeyd edək ki, dünən gecədən adı çəkilən bölgədə İsrail və Fələstinli qruplar arasında sıx qarşıdurmalar yaşanır.
Samir