Türk ordusunun istefada olan general-leytenantı Ərdoğan Karakuş ABŞ-ın Türkiyənin mümkün Suriya əməliyyatına görə Yunanıstanda bu qədər hərbi qüvvə və texnika yerləşdirildiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, general Türkiyənin Suriyada əməliyyata başlayacağı təqdirdə bu ölkəyə qarşı Yunanıstandan istifadə edə biləcəyini deyib.
“ABŞ-ın əsas hədəfi olan Türkiyə Suriya kritik nöqtələrdə əməliyyat keçirsə, o zaman Vaşinqton Yunanıstandan istifadə edə bilər. Amerikanın Dədəağacda olmasının səbəbi bufer zona yaratmaqdır. Quru Qoşunları bizim ən güclü nöqtəmizdir. Bura (Dədəağac) boğazdır, dar, dağlıq və meşəlik ərazidir, zirehli qoşunlar buradan keçə bilməz. Oradan keçəndə ABŞ bayraqları görünür. Quru qoşunları beləcə bağlanır”, - Karakuş bildirib.
General əlavə edib:
“Suriyaya qarşı ABŞ-ın Böyük Yaxın Şərq layihəsinin qarşısını alacaq böyük bir əməliyyat keçirsək, Yunanıstandan istifadə edəcəyəni deyir.
Bizim hava qüvvələrimiz daha güclüdür, ona görə də Yunanıstan daim güclənməyə çalışır. Kiçik Yunanıstanda 6 “Patriot” hava hücumundan müdafiə batareyası, Kritdə isə 7 ədəd S-300 var. Bizim 2 hava hücumundan müdafiə sistemimiz olsa da, müdafiə sənayemiz güclüdür.
Adada 10 ədəd F-35 və 15 ədəd F-15 yerləşdiriblər. Bunu qətiyyən istəmirik, amma deyək ki, atışma oldu. ABŞ-ın “Patriot”ları dərhal dövriyyəyə girəcəklər. Yunanıstanla toqquşma olarsa, ABŞ-a demək lazımdır ki, siz buradan müttəfiq kimi çıxmalısınız.
ABŞ “Kırmızı Elma”dan narahatdır. Bunun dörd növü var, bunları birləşdirikdə bir F-35 edir”.
Karakuş türk ordusunun arsenalındakı uzaqmənzilli ballistik raketlərə də diqqət çəkib:
"Biri səsdən dörd qat sürətlə hərəkət edən raket, digəri isə bomba atacaq. İnşallah gələn il bunu uçuracağıq. Bunlar onları qorxudur.
Raketi (“Tayfun”) Rizədən atdıq, Sinopa düşdü. Bu ballistik raketin mənzili – 561 kilometr Yunanıstanı qorxutdu.
Buradakı ən mühüm amil hava qüvvələrinin sabit hədəfləridir. Bunlar meydanlar və ya radarlardır. Radarlar təpələrin başındadır. Yunanıstan və hava limanları bunların arxasındadır. 1994-95-ci illərdə 12 mil məsələsi müzakirə olunanda Türkiyə hərəkətə keçmişdi.
Yunanıstan 12 mil məsələsində Rusiyadan da qorxur. “Qara dənizdə donanma 40 min tonu keçə bilməz” maddəsi var, amma Türkiyə bunu edir. Atatürk Rusiyaya bunu qəbul etdirdi.
Montrö müqaviləsini tam şəkildə yerinə yetirdiyimiz üçün ABŞ məmnun deyil, amma Rusiya razıdır”.