“Əl Qaidə” terror qruplaşması 3 il əsirlikdə saxladığı Fransa vətəndaşı Serge Lazareviçi sərbəst buraxıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland məlumat verib. Onun sözlərinə görə, Çalidə saxlanılan Lazereviç şənbə günü Parisə gətiriləcək. Olland bununla da Əl Qaidənin əlində fransalı girovun qalmadığını qeyd edib.
Samir