26 Oktyabr 2022 10:47
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın ana müxalifət partiyası “Siriza”nın lideri, sabiq baş nazir Aleksis Çipras Türkiyə-Yunanıstan münasibətlərindəki söz atışmasının narahatlıq doğurduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Çipras Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin silahlanmaya yönəlmiş siyasət yürütməsini düzgün hesab etmədiyini deyib.

“Bu həllin yalnız bir hissəsidir, amma problemi həll etmir”, - sabiq baş nazir vurğulayıb.

Çipras qeyd edib ki, Türkiyə həm Avropa, həm də ABŞ üçün nəzərə alınmalı olan mühüm regional gücdür.

“Biz nə vaxt hökuməti tənqid etsək, bizi türkiyəyönlü olmaqda ittiham edirlər, buŞ doğru deyil”, - partiya lideri söyləyib.

“Siriza”nın 2021-ci ildə hökumətdən Afina-Ankara mübahisələrini Türkiyənin Avropa İttifaqı ilə əlaqələri baxımından müsbət gündəmlə uzlaşdırmasını və Türkiyənin Gömrük Birliyi danışıqlarının ikitərəfli anlaşılmazlıq çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsinə getmək şərti ilə əlaqələndirməsini xahiş etdiyini deyən Çipras bu fürsətin əldən çıxdığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər