26 Oktyabr 2022 16:58
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna faktiki olaraq ABŞ tərəfindən idarə olunur və Rusiyaya qarşı “qoç” kimi istifadə edilir.

Teleqraf.com xəbər verir ki, bunu MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının 51-ci iclasının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri MDB ölkələrinin sərhədlərində silahlı münaqişələrin alovlandığına diqqət çəkib:

“Bunu Amerikanın xarici siyasətinin alətinə çevrilmiş Ukraynanın timsalında görürük. Ölkə faktiki olaraq öz suverenliyini itirib və birbaşa ABŞ-ın nəzarətindədir, ondan Rusiyaya, bizim Belarus Respublikası ilə Birlik dövlətimizə qarşı bir “qoç” kimi istifadə edir”.

Putin bildirib ki, Vaşinqton Ukraynanın nüvə silahı əldə etmək istəyi ilə bağlı açıq bəyanatlarına məhəl qoymadan Kiyevə silah göndərməkdə davam edir:

“Demək olar ki, Ukrayna ərazisi hərbi bioloji eksperimentlər üçün sınaq meydançasına çevrilib və indi bu ərazi silahlarla, o cümlədən ağır texnikalarla doldurulur və Kiyev rejiminin nüvə silahı əldə etmək istəyi ilə bağlı bəyanatlarına məhəl qoyulmur. Axı bu barədə Kiyevin hakimiyyət orqanları açıq şəkildə dedilər, amma yox, hamı susur".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər