27 Oktyabr 2022 18:09
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada bir həftə ərzində (17-23 oktyabr) 2,6 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8 mindən çox insan bu səbəbdən ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir.

Ötən 7 günlə müqayisədə yoluxma hallarının sayı 15 faiz, ölüm hallarının sayı isə - 13 faiz azalıb.

Dünyada bir həftə ərzində 2 690 624 yoluxma halı və 8 562 ölüm halı qeydə alınıb. Ötən yeddi gün (10-16 oktyabr) ilə müqayisədə yoluxma hallarının sayında əhəmiyyətli dərəcədə azalma Afrika (41 faiz) və Avropada (23 faiz) qeyd olunub. Eyni zamanda, Amerikada ölüm nisbəti 2 faiz artıb. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Afrika (72 faiz), Avropa (24 faiz) və Cənub-Şərqi Asiyada (13 faiz) azalıb. Eyni zamanda, ölüm hallarının 9 faizlik artımı keçən həftə Şərqi Aralıq Dənizində qeydə alınıb.

Almaniya həftə ərzində ən çox 498 787 yoluxma halı barədə məlumat verib. Ondan sonra Fransa (307 610), Çin (285 348), ABŞ (255 116) və İtaliya (252 777) qərarlaşıb. Birləşmiş Ştatlarda yeddi gün ərzində ən çox - 2 538 ölüm halı qeydə alınıb. Daha sonra Rusiya (636), İtaliya (586), Fransa (484) və Çinin (469) yer aldığı bülletendə qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər