28 Oktyabr 2022 09:47
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xerson vilayətində reaktiv yaylım atəşi sistemlərimiz işğalçılara məxsus iki döyüş sursatı anbarını və bir dəstə texnikanın olduğu anqarı məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin hücum və ordu aviasiyası tərəfindən rusların canlı qüvvəsi, texnikası və silahlarının cəmləşdiyi ərazilərə 16 zərbə endirilib.

Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri döyüş günü ərzində 130-a yaxın atəş tapşırığını yerinə yetirib.

“Düşmən 44 hərbçi itirib. Təyyarə və helikopterdən başqa, düşmənin 1 tankı, 2 minaatanı və 3 zirehli texnikası məhv edilib. Berislavski rayonunda reaktiv yaylım atəşi sistemlərimiz iki sursat anbarını və bir anqarı məhv edib”, - Cənub Əməliyyat Komandanlığı qeyd edib.

Bildirilir ki, Qara dənizdə düşmənin gəmi qruplaşmasına Krım və yarımadanın sahillərində manevr edən 111 gəmi və kater daxildir. İki yerüstü və iki sualtı raketdaşıyıcıda yerləşən 24 kalibr, həmçinin düşmənin iki böyük amfibiya gəmisi hazır vəziyyətdə qalır.


Müəllif: Nemət

Oxşar xəbərlər