İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami etirazçıları hədələyib.
Teleqraf.com xəbər verir ki, SEPAH rəhbəri etirazçılara xəbərdarlıq edərək, bu gün onların küçələrə çıxmalarının son günü olacağını deyib.
“Küçələrə çıxmayın! Bu gün iğtişaşların son günü olacaq”, - general vurğulayıb.
Ötən ay 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən zorakılıqla qətlə yetirilməsi İranda kütləvi nümayişlərə səbəb olub. Bu, 1979-cu ildən bəri İranda molla rejiminə qarşı keçirilən ən böyük kortəbii ümumxalq hərəkatlarından biridir.
İndiyədək İranda azı 250 etirazçının öldürüldüyü və minlərlə insanın həbs edildiyi bildirilir.
Dünən sosial şəbəkələrdə yayılan videogörüntülərdə nümayişçilərin dağıdılmasında fəallıq göstərən “Bəsic” silahlılarının ölümünə çağırışları əks olunub.