10 Dekabr 2014 23:50
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Qərb arasında qarşıdurma yeni bazarların axtarışını zəruri edir ki, bu da gec-tez RF-nin Çinlə gizli də olsa, qarşıdurmasına gətirib çıxaracaq.

Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana səfəri, onun Prezident İslam Kərimovla (müşahidəçilər qeyd edirlər ki, son vaxtlar iki lider arasında çox da isti münasibətlər olmayıb) danışıqları, Daşkəndin 1 milyard dollar həcmində borcunun silinməsi, "Lukoyl"un 5 milyard dollarlıq gələcək investisiyaları Rusiyanın Mərkəzi Asiyada fəallaşmasını təsdiq edir.

Bundan başqa, Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan artıq daxil olub) təkidlə dəvət edildiyi Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqı bu marağın daha bir təsdiqidir. Avrasiya İqtisadi İttifaqı Qərblə konfrontasiya şəraitində daha da aktuallıq qazanır. Bu ölkələr Rusiya üçün ixrac və investisiya bazarı ola bilər ki, bu da indiki şəraitdə çox vacibdir.

Lakin bu gün Rusiya üçün təkcə Mərkəzi Asiya maraq kəsb etmir. Bu baxımdan V.Putinin Hindistana qarşıdakı səfəri əlamətdardır. Hindistan Rusiya silahının ən böyük alıcılarından biridir.

Moskvanın bu regionun bazarlarında iştirakını genişləndirmək arzusu bu bazarın ənənəvi iştirakçısı, onun əsas səhmdarları və ixracatçılarından biri olan Çinlə konfrontasiyaya gətirib çıxara bilər. Pekin artıq çoxdan bu regionda möhkəmlənib. Hazırda Çin neft və qaz hasilatına, kənd təsərrüfatına, tikintiyə sərmayə yatırır, xeyli sayda mal ixrac edir. Və bu oyunçuların maraqlarının kəsişməsi gec-tez qarşıdurmaya gətirıb çıxaracaq. Rusiyanın regionda siyasi və iqtisadi təsirinin güclənməsi Çini hərəkətə keçməyə məcbur edəcək.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Rusiyanın siyasi və coğrafi vəziyyətinə görə geriyə yolu yoxdur. Rusiyanın qərbində Avropa, şərqində ABŞ, şimalında isə okeandır. İnkişafın yeganə istiqaməti cənubdur. Və bu istiqamətdə ən tez inkişaf etməkdə olan bazarlardan biri - Asiya bazarları yerləşir.

Digər tərəfdən, Rusiya üçün Mərkəzi Asiyada ciddi iştirak təhlükəsizlik baxımından da vacibdir. Keçmiş SSRİ-nin Asiya ölkələri hazırda Rusiya və qeyri-sabit Əfqanıstan arasında təbii buferdir. Bundan əlavə, onların ərazisindən narkotiklərin daşınması marşrutları keçir, Moskva bu regionun bütün ölkələri ilə birlikdə həmin marşrutlara qarşı mübarizədə əməkdaşlıq edir.

Rusiya-Çin qarşıdurmasının açıq-aydın və görünən olmayacağı birmənalıdır. Pekinin ən az istədiyi şey ABŞ və Avropanın müttəfiqi qismində Rusiyaya qarşı çıxması olacaq. Axı Rusiya ilə Çinin regionun hüdudları kənarında dünyanın siyasi prosesləri ilə bağlı baxışları üst-üstə düşür. Bununla belə, Çin Moskvaya heç cür güzəştə getməyəcək. /trend.az/


Müəllif:

Oxşar xəbərlər