1 Noyabr 2022 10:59
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın sonunda Rusiyanın işğal etdiyi Sevastopolda partlayışlar baş verdiyini təsdiqləyib.

Teleqraf.com-un xəbərinə görə, ABŞ Rusiya Qara Dəniz Donanması gəmilərinə mümkün hücum məlumatlarını izləyir.

Bunu Pentaqonun yüksək rütbəli rəsmisi CNN kanalına deyib.

“Biz həqiqətən inanırıq ki, orada (Sevastopolda) partlayışlar olub, amma mən dəymiş ziyanın hesabını paylaşmayacağam”,- rəsmi bildirib.

Müdafiə departamentinin nümayəndəsi Sevastopolda partlayışlara nəyin səbəb ola biləcəyini də açıqlamaq istəməyib.

Rusiya daxili işlər nazirinin müavini Anton Geraşenko oktyabrın 29-da bildirib ki, Qara dəniz donanmasının dörd gəmisi Sevastopol körfəzində, xüsusən də amfibiya hücum gəmisi və flaqman “Admiral Makarov” freqatı partlayıb.

Rusiya Müdafiə Nazirliyi gəmilərin Ukrayna tərəfinin pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını iddia edib. Rusiya hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində yalnız “İvan Qolubets” dəniz minaaxtaran gəmisinə cüzi ziyan dəyib.

Rusiya tərəfi baş verənləri “terror hücumu” adlandırıb və bunu taxıl sazişindən çıxmaq üçün əsas kimi göstərib.


Müəllif: Nemət

Oxşar xəbərlər