Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə son iki gün ərzində ikinci dəfə taxıl sazişini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, telefon danışığı Türkiyənin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, tərəflər arasındakı son danışıqlar bazar ertəsi, oktyabrın 31-də keçirilib.
Söhbət zamanı Qara dəniz təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasının Rusiya tərəfindən dayandırması müzakirə olunub.