Video əlavə olundu:
***
10:34
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya və ya digər ölkələrə qarşı müharibədə taktiki nüvə silahından istifadə edəcəyinə inanmır.
Teleqraf.com xəbər verir ki, sabiq baş nazir bu barədə "Sky News"ə danışıb.
“Düşünmürəm ki, etsin. O, bunu etsəydi, dəli olardı”, - Conson izah edib.
Böyük Britaniyanın keçmiş baş naziri vurğulayıb ki, nüvə silahından istifadə Putinin dərhal Rusiyanın sivil dövlətlər klubundan çıxarılması ilə bağlı bəyanat veriləcəyi anlamına gələcək. Belə bir ssenari Rusiya Federasiyası üçün tam fəlakət olacaq, çünki o, “kriogen iqtisadi dondurmaya” məruz qalacaq.
Conson vurğulayıb ki, Putin nüvə silahından istifadə edəcəyi təqdirdə qlobal təsirinin əhəmiyyətli hissəsini itirəcək.