Seçki kampaniyası çərçivəsində paytaxt İslamabada gedən Pakistanın keçmiş baş naziri İmran Xanın konvoyuna silahlı hücum edilib. Xanı hədəf alan sui-qəsddə keçmiş baş nazir ayağından yaralanıb.
Teleqraf.com xəbər verir ki, 70 yaşlı Xanın həyatı üçün təhlükə olmadığı, vəziyyətinin sabit olduğu açıqlanıb.
Bud nahiyəsindən güllə dəymiş Xan hadisədən dərhal sonra başqa avtomobilə mindirilərək xəstəxanaya aparılıb.
Hadisədən sonra yaxalanan şübhəli sui-qəsd törətdiyini etiraf edib:
“İmran Xan insanları səhv idarə edirdi. Bunu izləməyə dözə bilmədim və onu öldürmək istədim. Onu öldürmək üçün əlimdən gələni etdim. Mən yalnız İmran Xanı öldürmək istəyirdim, başqasını yox”.
O, şərikinin olmadığını, hücumu tək həyata keçirdiyini deyib.