"Twitter" şirkəti Hindistandakı ofisinin işçilərini kütləvi şəkildə ixtisar edir.
Teleqraf.com xəbər verir ki, ixtisarlar şirkətin yeni sahibi Elon Mask tərəfindən verilən göstəriş əsasında aparılıb.
Şirkətin Hindistandakı işçilərinin 50%-dən çoxu işdən çıxarılıb.
Oktyabrın 27-də İlon Mask “Twitter”i satın almaq üçün müqavilə bağlayıb.
Mask “Twitter”i aldıqdan dərhal sonra şirkət rəhbərliyində təmsil olunan bir neçə nəfəri işdən çıxarıb. Daha sonra “Bloomberg” sahibkarın işçilərini demək olar, yarıya qədər ixtisar etməyi planlaşdırdığını bildirib.