Ukrayna ordusu cənubda 30-dan çox işğalçını, üç sursat anbarını və texnikanı məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənub əməliyyat komandanlığından bildirilib.
“Cənub Buzka əməliyyat zonasında vəziyyət çətin olaraq qalır, lakin ərazi Ukrayna ordusunun nəzarətindədir. Təmas xəttində aktiv döyüşlər davam edir. Düşmən qüvvələri işğal olunmuş mövqelərdə müdafiə əməliyyatları aparılmağa, zərbələr endirməyə çalışır”, - “Cənub” əməliyyat komandanlığının mətbuat katibi Vladislav Nazarov bildirib.
Nazarovun sözlərinə görə, gün ərzində Ukrayna artilleriyaçıları, reaktiv yaylım atəşi sistemləri düşmən mövqelərinə və düşmən qüvvələrinin cəmləşdiyi ərazilərə zərbələr endirib:
“Rus ordusu Berislavski və Xerson rayonlarında 32 personal, 4 zenit və artilleriya qurğusu, 3 tank, 3 avtomobil, 3 sursat anbarı itirib. Krımın cənub-qərb sahilləri boyunca manevr edən düşmənin 7 gəmisi və kateri Qara dənizin sularında öz tapşırıqlarını yerinə yetirir".