5 Noyabr 2022 20:25
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə qlobal taxıl böhranının həllinin əks-sədası davam edir.

Teleqraf.com xəbər verir ki, Rusiya və Qərb mediası Rusiya və Ukrayna arasında ən təsiredici liderin Prezident Ərdoğan olduğunu yazır.

Rusiya bu yaxınlarda təhlükəsizlik baxımından Ukraynanın Qara dəniz limanlarından taxıl ixracına icazə verən Taxıl Dəhlizi Sazişini dayandırmışdı. Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığından sonra Moskva razılaşmaya qayıdıb.

Rusiya mediası və ekspertləri Ərdoğanın Rusiya ilə Qərb və Ukrayna arasında effektiv vasitəçilik edə bilən yeganə lider olduğunu bildirirlər.

“Moskovskiy Komsomolets” qəzeti bu haqda yazır:

“Ərdoğan bunu yenə bacardı. Türkiyə prezidenti Rusiyanı sazişə qaytarmaqla bir daha göstərdi ki, Rusiya ilə Qərb və Kiyev rejimi arasında ancaq o effektiv rol oynaya bilər”.

Qərb mediasında Ərdoğanın roluna diqqət çəkilir. “Insider” Türkiyənin müharibə boyu incə bir xətlə getdiyini qeyd edib və Ərdoğanın artan təsirini vurğulayıb.

“Türkiyə tərəfləri eyni masaya gətirə bilən azsaylı ölkələrdən biridir. Çünki Ərdoğan özünü Rusiya ilə Ukrayna arasındakı böhranda getdikcə daha vacib regional aktor kimi göstərməyi bacarır”, - sayt bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər