Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində xarici həmkarları ilə bir sıra görüşlər keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazir özünün Tvitter səhifəsində yazıb.
Çavuşoğlu Efiopiyanın baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen, İordaniyanın xarici işlər naziri Ayman Safadi və Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə görüşüb.
"Əbu-Dabidə efiopiyalı həmkarımız Demeke Mekonnen ilə söhbət etdik. Efiopiyada münaqişəyə son qoyan atəşkəs razılaşmasından məmnunluq ifadə edildi", - deyə bildirib.
Onun sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri ilə görüşdə regional hadisələr, o cümlədən Ukrayna və Şərqi Aralıq dənizi məsələsi müzakirə olunub.