NASAMS və “Aspide” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov Tvitter hesabında məlumat verib və verilən silahlara görə Ukraynanın tərəfdaşlarına təşəkkür edib.
“Bu silahlar Ukrayna ordusunu əhəmiyyətli dərəcədə gücləndirəcək və səmamızı daha təhlükəsiz edəcək. Bizə hücum edən düşmən hədəflərini vurmağa davam edəcəyik. Tərəfdaşlarımıza təşəkkürlər: Norveç, İspaniya və ABŞ”, - o yazıb.
Qeyd edək ki, sentyabrın 8-də keçirilən “Ramşteyn-5” görüşü nəticəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hava və raketdən müdafiə sahəsində irəliləyişin başladığını bildirib.
Onun sözlərinə görə, Ukraynanı NASAMS kompleksləri ilə təmin etmək üçün fundamental qərar qəbul edilib.
Bundan sonra Pentaqon bəyan etmişdi ki, ABŞ növbəti iki ay ərzində Ukraynaya iki NASAMS zenit-raket kompleksi verməyi planlaşdırır.