“İsveç və Türkiyə arasında danışıqlar müsbət istiqamətdə irəliləyir”.
Teleqraf.com xəbər verir ki, bunu İsveç xarici işlər naziri Tobias Billstrom deyib.
Billstrom İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı Ankaranın etirazlarını aradan qaldırmaq üçün Türkiyə ilə dialoqun bütün səviyyələrdə davam etdiriləcəyini bildirib.
Billstrom yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini, İsveç, Türkiyə və Finlandiya arasında üçtərəfli danışıqların davam etdiyini söyləyib.
Qeyd edək ki, İsveç Baş naziri Ulf Kristersson da ötən günlərdə Türkiyədə səfərdə olub. Baş nazir səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.