Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və xanımı Dilək İmamoğlunun davranışı etiraza səbəb olub.
Teleqraf.com xəbər verir ki, Əkrəm İmamoğlu xalq mahnılarının ifa olunduğu proqramda həyat yoldaşı ilə də rəqs edib.
Atatürkü rəqslə yad edən İmamoğlu cütlüyü sosial şəbəkələrdə sərt təpkilərlə üzləşib.
Bələdiyyə sədri və xanımının üstünə “Yas günü rəqs etmək olar? Ayıb”, “Bunu da gördük. Ölüm ildönümünü rəqs edərək yad etmək”, “Rəqs edərək yad etmək? Özü də vəfat ildönümündə” kimi təpkilər yağıb.