"Rusiya İrandan ballistik raketlər sifariş edib".
Teleqraf.com xəbər verir ki, Ukraynanın hərbi kəşfiyyatı İranın ballistik raketlərinin Rusiyaya tədarükü ilə bağlı saziş layihəsinin hazırlanması barədə məlumatı təsdiqləyib.
Məlumatda bildirilib ki, sanksiyalarla əlaqədar olaraq, Rusiya silah istehsalında məhduddur, buna görə də başqa ölkələrdən silah almağa çalışır:
"Biz dövlətimizə qarşı ballistik raketlərdən istifadə təhlükəsini anlayırıq, ona görə də bu gün İranın Rusiyaya silah tədarükünün nə qədər təhlükəli olduğunu dünya ictimaiyyətinə sübut etmək üçün diplomatiyamız, hərbi kəşfiyyatımız və digər strukturlarımız fəal işləyir. İran və Rusiya bu yay iki növ - "Shahed" və "Mohajer" tipli təxminən 1 750 pilotsuz uçuş aparatının tədarükü üçün müqavilə imzalayıb".