14 Noyabr 2022 10:21
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda baş verən terror aktına dünya mediasında geniş yer ayrılıb. Türkiyəni ləkələməyə çalışan Amerika nəşri “Nyu-York Tayms” (NYT) skandal bir başlığa imza atıb.

Teleqraf.com xəbər verir ki, Amerika nəşri qanlı olayı bir növ Türkiyə əleyhinə təbliğat vasitəsinə çevirib.

Hücum xəbərini sosial şəbəkə hesabında yayımlayan “Nyu-York Tayms” mübahisə yaradan “Türkiyəyə gedən turistlərin ən çox ziyarət etdiyi yer” ifadəsi işlədib.

“Hər il Türkiyəyə gələn on milyonlarla turistin çoxu bazar günü partlayışın baş verdiyi yerdə vaxt keçirir”, - məlumatda deyilir.

Bir çox sosial şəbəkə istifadəçi NYT-in Türkiyəni ləkələməyə yönəlmiş addımına sərt təpki göstərib.

Reaksiyalardan sonra Amerika nəşri daha bir skandala imza atıb. Qəzet növbəti paylaşımında bu ifadələri işlədib: “Bazar günü baş verən partlayış əvvəlki illərdə şəhərlərini vuran ölümcül hücumlardan uzaqlaşmış kimi görünən Türkiyə üçün nisbətən sakit beş illik dövrü darmadağın etdi”.

NYT Türkiyə əleyhinə yaratmaq istədiyi “təəssürat”ını davam etdirərək, təpkilərə məhəl qoymadan növbəti paylaşımını edib:

“Türkiyənin turizm sənayesi koronavirus pandemiyasından qurtulmağa çalışarkən, partlayış illərin sakitliyini pozdu”.

Amerika nəşrinin ifadələri kəskin şəkildə pislənilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər