14 Noyabr 2022 13:05
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyada keçirilən prezident seçkilərinin ikinci turunda nəticələr məlum olub. Dövlət Seçki Komissiyasının (DVK) verdiyi məlumata görə, səslərin 99 faizi hesablanıb.

Teleqraf.com xəbər verir ki, Sloveniya Pirat Partiyası və Avropa Yaşıllar Partiyasının dəstəyini alan müstəqil namizəd Pirs Musar 53.86 faiz səs toplayaraq 50 faizlik baryeri keçib.

Beləliklə, Pirs Musar ölkənin yeni və ilk qadın prezidenti seçilib.

Əvvəlki turda ən çox səs toplayan Sloveniya Demokratik Partiyasının (SDS) dəstəklədiyi müstəqil namizəd Anze Loqarın səs nisbəti 46.14 faiz olaraq qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər